Forvard Avropanı yox, Bakını seçdi
    • 6-12-2023, 16:36
    • 119

Forvard Avropanı yox, Bakını seçdi

Lukas Melano “Neftçi”yə gəlməmişdən əvvəl Avropa klublarından təklif alıb.

RTV xəbər verir ki, argentinalı hücumçu bunu mətbuat konfransında bildirib.

30 yaşlı forvard İspaniya və İtaliyadan təkliflərinin olduğunu söyləyib: “ABŞ-yə getməmişdən əvvəl də Avropadan təkliflərim var idi. Həm İspaniya, həm də İtaliyadan təkliflər almışdım. Amma klubum razılaşmamışdı. Sonra Azərbaycandan təklif gəldi və bura yollandım. Avropaya gec gəlməyimin xüsusi bir səbəbi yoxdur. Bəzən özümdən asılı olmayan səbəblərdən klublar arasında razılıq əldə edilmirdi. Oynamaq istədiyim bəzi liqalar var. Amma hazırda “Neftçi”nin uğurları üçün çalışıram. Burada hədəflərimə çatdıqdan sonra bu barədə düşünmək olar”.