-
- 6-12-2023, 15:17
- 304
Azərbaycanda XÜSUSİ ƏMƏLİYYAT: 49 nəfər saxlanıldı - VİDEO
Baş Narkotiklərlə Mübarizə İdarəsi son 45 gündə “qara” bazarda dəyəri 4 milyon manat olan 132 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 45 gündə Bakı və Respublikanın digər bölgələrində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 3 mütəşəkkil dəstə, o cümlədən bu maddələrin satışı ilə məşğul olan 49 nəfər saxlanılıb.
Əməliyyatlar zamanı qanunsuz dövriyyədən “qara” bazarda dəyəri 4 milyon manat olan ümumilikdə 132 kiloqram, o cümlədən 42 kiloqram heroin, 68 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 22 kiloqram metamfetamin, tiryək, 700 ədəd psixotrop tərkibli metadon, tramadol həbi, 1 ədəd odlu silah, elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları çıxarılıb.