-
- 6-12-2023, 16:02
- 183
"Moskva sərhəd görüşünü alqışlayır" - Zaxarova
“Moskva Ermənistan və Azərbaycan nümayəndələrinin sərhəddə görüşünü alqışlayır”.
News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu görüş zamanı tərəflər delimitasiya üzrə praktiki işlərin başlanmasına hazırlıqla bağlı metodoloji və təşkilati məsələlər barədə razılığa gəliblər. Biz öz tərəfimizdən bilavasitə delimitasiya fəaliyyətinin gedişində hər cür yardım göstərməyə hazırıq. Bu, lazımi kartoqrafik materialların verilməsini nəzərdə tutur, xüsusən də bunu dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşündə təsdiqləyib. Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi nəqliyyat kommunikasiyalarının bloklanması üzrə üçtərəfli işçi qrupuna gəlincə, əvvəllər qeyd etdiyimiz kimi, onun çərçivəsində mühüm irəliləyiş əldə olunub. İnanırıq ki, üçtərəfli işçi qrupu çərçivəsində razılaşmaların əldə olunmasının daha da ləngiməsi region ölkələrinin maraqlarına, o cümlədən Ermənistanın maraqlarına zidd işləyəcək”.
Ayşən