Zaxarovadan Ermənistana xəbərdarlıq: - "Qərb sonda sürpriz edəcək"
Dünya
“Praqa və Brüssel də daxil olmaqla Aİ-də keçirilən toplantıların nəyə gətirib çıxardığını hamımız gördük. Ola bilsin ki, erməni xalqı tam məlumatlı deyil, çünki onlar hər şeydən xəbərsizdirlər. Qoy vəziyyət təkrarlanmasın, çünki indi ən yaxın dostlar adı altında Ermənistana nəyisə məsləhət görəcəklər ki, bu da sonradan başqa bir sürprizə səbəb olacaq”.
News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
İrəvanla Bakı arasında sülh müqaviləsindən Zaxarova bir daha xatırladıb ki,Rusiya Moskvada və üçüncü ölkələrdə çoxtərəfli tədbirlər çərçivəsində ölkələrə görüş üçün dəvət göndərib.
“Bakı hər zaman danışıqlara hazır olduğumuzu təsdiqləyib, təəssüf ki, erməni tərəfdaşlarımız haqqında bunu deyə bilmərik. Ola bilsin ki, onlar Vaşinqtondan, Brüsseldən və Parisdən olan yeni müşavirlərinin daha maraqlı və təsirli bir şey təklif edə biləcəklərinə inanırlar. Bilmirəm, məncə, siz həmişə əvvəlki təcrübəyə və qonşularınızın təcrübəsinə baxmalısınız. Məhz qərblilərin təhriki ilə müvafiq sənədlərdə Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələlərindən bir dənə də olsun qeyd edilməyib. İndi kimsə Qərb məsləhətçilərinə yenidən etibar etmək istəyəndə bunu xatırlayır. Qərblilər daha nə qədər və harada özlərini sübut etməlidirlər ki, ermənilər üçün heç vaxt başqa ölkələrin xalqlarının maraqlarından çıxış etməyəcəkləri aydın olsun”, - deyə Zaxarova yekunlaşdırıb.
Ayşən