-
- 6-12-2023, 18:26
- 221
Azərbaycanda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı CİNAYƏT İŞİ AÇILDI
Tərtər məktəbində dövlət vəsaitinin mənimsənilməsi aşkarlanıb, cinayət işi başlanıb.
News24.az xəbər verir ki, bu barədə Tərtər Rayon Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, rayonun D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində fərdi təhsilə cəlb olunmuş şagirdlərə tədris olunmayan fənlərə görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər Rayon Prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.