SON DƏQİQƏ!!! Azərbaycanda növbədənkənar prezident seçkiləri KEÇİRİLƏCƏK
    • 7-12-2023, 12:05
    • 299

SON DƏQİQƏ!!! Azərbaycanda növbədənkənar prezident seçkiləri KEÇİRİLƏCƏK

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan ediləcək.

News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.