Özünü öldürən şagirdin oxuduğu məktəbin direktoru: “Pozğun ailənin uşağı idi" - SƏS YAZISI
    • 8-04-2019, 12:53
    • 3 087

Özünü öldürən şagirdin oxuduğu məktəbin direktoru: “Pozğun ailənin uşağı idi" - SƏS YAZISI

“Bilirsiniz, necə yazın? Yazın, çox tərbiyəsiz, pozğun və uğursuz ailənin uşağıdır”. 

News24.az mövqe.az-a istinadən xəbər verir ki, bunu faciəli şəkildə vəfat edən 8-ci sinif şagirdi Elina Hacıyevanın təhsil aldığı 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova mətbuata açıqlamasında deyib. 

S. Abbasova Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlər səsləndirib: "Valideyn ikinci dəfə ərə gedib, balaca uşaqları var. Bununla maraqlanmır".

Məsələylə bağlı News24.az-ın sualını cavablandıran Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirib ki, bu məsələ istintaq məsələsidir: “Bu dəqiqləşdirilməlidir ki, bu sözləri direktor özü deyib, ya yox. İstənilən jurnalist bu səs yazısını istintiaqa verə və nəticəni öyrənə bilər”.