Bu ölkə də Rusiyaya qarşı sanksiyaları genişləndirir
    • 7-12-2023, 17:29
    • 190

Bu ölkə də Rusiyaya qarşı sanksiyaları genişləndirir

Yaponiya 2023-cü ilin sonuna qədər Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirəcək, həmçinin Rusiya Federasiyasına qarşı sanksiyalardan yayınmağa kömək edən ölkələri də öz siyahısına daxil edəcək.

News24.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi G7 liderlərinin onlayn görüşünün nəticələrinə əsasən bildirib.

Rusiyaya qarşı sanksiyalara gəlincə, Baş nazir Fumio Kişida bildirib ki, Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalarla yanaşı, ilin sonuna kimi bu məhdudlaşdırıcı tədbirlərdən yayınma prosesində iştirakda şübhəli bilinən üçüncü ölkələrin təşkilatları da , həmçinin ilin sonuna qədər hədəflənəcək. 

Yaponiya Xarici İşlər Nazirliyi üçüncü ölkələrin təşkilatlarına qarşı sanksiyaların siyahısının tədricən genişləndiriləcəyini vurğulayıb. 

Bundan əlavə, qeyd edilir ki, Tokio 2024-cü ilin yanvar ayından etibarən Rusiya almazlarının idxalını məhdudlaşdırmaq üçün tədbirlər görəcək.

Ayşən