Avropa Məhkəməsi ermənilərin şikayətini rədd etdi
    • 7-12-2023, 19:20
    • 140

Avropa Məhkəməsi ermənilərin şikayətini rədd etdi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş sədri Qrayr Tovmasyanın və məhkəmənin üç keçmiş hakiminin şikayətini qəbul etməyib.

News24.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin ofisindən məlumat verilib.

Məhkəmə hüquqşunasların şikayətini qəbuledilməz elan edib: "AİHM-in qərarı qətidir və ondan şikayət verilə bilməz".

Hüquqşunaslar 2020-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasının bir neçə maddəsi üzrə hüquqlarının pozulması iddiası ilə məhkəməyə müraciət ediblər. Söhbət ədalətli məhkəmə istintaqı, mülkiyyət, şəxsi və ailə həyatına hörmət hüquqlarından, ayrı-seçkiliyə qadağadan gedirdi. İddiaçılar öz ölkələrində bu qərarla bağlı şikayət vermək imkanından məhrum olduqlarını və bu qərarın özbaşına olduğunu qeyd ediblər.

Xatırladaq ki, 2020-ci ilin iyununda Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin üç hakimini səlahiyyətlərindən məhrum edərək konstitusiyaya dəyişiklik edib. Daha sonra onlar AİHM-ə müraciət ediblər.