Bakıda sayğac oğruları saxlanılıb
    • 8-04-2019, 13:11
    • 683

Bakıda sayğac oğruları saxlanılıb

Bakıda sayğac oğurlayan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 6 evin girişindən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Çələbiyev və R.Quliyev saxlanılıb.  

Faktla bağlı araşdırma aparılır.