Rusiya prezident seçkilərini bu tarixdə keçirəcək
    • 7-12-2023, 12:30
    • 112

Rusiya prezident seçkilərini bu tarixdə keçirəcək

Rusiyada prezident seçkiləri martın 17-də keçiriləcək.

News24.az TASS dövlət xəbər agentliyinə istinadən xəbər verir ki, seçkilərin tarixi Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının iclasında 162 senatorun dəstəkləməsi ilə təsdiqlənib .

24 ildir həm prezident olan Vladimir Putin namizədliyini rəsmən açıqlamayıb. Lakin namizədliyini verib qalib olacağı təqdirdə Putin 2030-cu ilə qədər hakimiyyətdə qalacaq.

Xatırladaq ki, Rusiya lideri ilk dəfə 1999-cu ilin dekabrında Boris Yeltsinin istefasından sonra prezident olub. Rusiya konstitusiyası ardıcıl üç dəfə prezidentlik etməyə icazə vermədiyindən o, 2008-2012-ci illər arasında baş nazir kimi qısa müddət ərzində fəaliyyət göstərib. 

Qumral