Azərbaycanlı qadın terrorçuluğa görə axtarılır - FOTO

Azərbaycanlı qadın terrorçuluğa görə axtarılır - FOTO Gündəm

Rusiya azərbaycanlı qadını axtarışa verib. 

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə İnterpolun rəsmi saytında məlumat yerləşdirilib. 

Qeyd olunur ki, 39 yaşlı Şəfiqə Fərhadova terrorçuluq və qanunsuz silahlı qruplaşmalarda iştirak etməkdə təqsirli bilinir. 

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış qərarı çıxarıb və saxlanılması üçün İnterpola müraciət edib. 


Azərbaycanlı qadın terrorçuluğa görə axtarılır - FOTO