"Aramızda həll edilməyəcək problem yoxdur” - Ərdoğan
    • 7-12-2023, 17:25
    • 106

"Aramızda həll edilməyəcək problem yoxdur” - Ərdoğan

Türkiyə Yunanıstanla fikir ayrılıqlarını konstruktiv dialoq, mehriban qonşuluq və beynəlxalq hüquq çərçivəsində birgə səylərlə həll etməyə sadiqdir. 

News24.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afinada Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Ərdoğan çıxışı zamanı Egey dənizi sülh və əməkdaşlıq dənizinə çevriləcəyindən və Kipr probleminin həlli perspektivlərindən danışıb. 

Türkiyə lideri eyni zamanda Türkiyə ilə Yunanıstan arasında həll edilməyəcək problemin olmadığını bildirib. 

Qeyd edək ki, tərəflər Ankara və Afinanın Egey və Şərqi Aralıq dənizindəki vəziyyətə yanaşmaları barədə fikir mübadiləsi aparıblar. 

Qumral