"Neftçi"də ciddi itki
    • 7-12-2023, 23:09
    • 226

"Neftçi"də ciddi itki

“Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.

News24.az "Offsideplus.az"-a istinadla xəbər verir ki, qapıçı İvan Brkiç fərdi hazırlığını davam etdirir.

Ataa Caber isə topuğundakı burxulma səbəbi ilə 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, “Neftçi” XVI turda “Turan Tovuz”u qəbul edəcək. Dekabrın 10-u keçiriləcək matç saat 18:00-da başlayacaq.