Türkiyədə yenidən zəlzələ qeydə alındı
    • 8-12-2023, 11:28
    • 368

Türkiyədə yenidən zəlzələ qeydə alındı

Türkiyənin Elazığ vilayətində yenidən zəlzələ qeydə alınıb.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Arıcak rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 14.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.