"ABŞ Azərbaycan və Ermənistanın birgə açıqlamasını alqışlayır" - MİLLER
    • 8-12-2023, 11:36
    • 97

"ABŞ Azərbaycan və Ermənistanın birgə açıqlamasını alqışlayır" - MİLLER

“ABŞ Azərbaycan və Ermənistanın saxlanılanların dəyişdirilməsini alqışlayır”.

News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib.

“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni saxlanılanın azad edilməsi barədə açıqlamasını alqışlayır. Bu öhdəlik tərəflərin sülh müqaviləsini prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti Əliyevi və Ermənistanın Baş naziri Paşinyanı Cənubi Qafqaz xalqları üçün daha dinc və firavan gələcək üçün zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq. Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”.

Ayşən