Sərhəddə erməni təxribatı: ABŞ-dan REAKSİYA
    • 16-06-2023, 11:14
    • 331

Sərhəddə erməni təxribatı: ABŞ-dan REAKSİYA

“Birləşmiş Ştatlar mövcud vəziyyətdən narahat olaraq qalır”.

News24.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə son günlər Ermənistanın Azərbaycanla sərhəddə təxribat törətməsi haqda danışarkən deyib.

“Biz hər iki tərəfi fikir ayrılıqlarını aradan qaldırmaq üçün birlikdə işləməyə təşviq etməyə davam edirik. Bildiyiniz kimi, biz razılığın əldə oluna biləcəyinə inanırıq və hər iki tərəfi irəliləməyə inandırmağı səbirsizliklə gözləyirik”, - Miller bildirib.

Akqabay