-
- 27-06-2023, 22:23
- 318
ABŞ-dan Mirzoyan-Bayramov görüşünə reaksiya
ABŞ Azərbaycan və Ermənistanın sülh prosesində səmərəli iştirak etmək üçün son səylərini alqışlayır.
News24.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.
"ABŞ bu həftə danışıqları asanlaşdırmaq üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etməkdən məmnundur. Çünki onlar Cənubi Qafqaz regionunun sülhsevər gələcəyə doğru səylərini davam etdirirlər.
Katib Blinken bu səhər Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində xarici işlər nazirlərini görüşün açılışında salamlamaq şərəfinə nail olub. Dövlət katibi həm hər bir nazirlə fərdi, həm də üçtərəfli formatda görüşlər keçirib. O, hər görüşdə vurğulayırdı ki, birbaşa dialoq məsələlərin həlli, davamlı və ləyaqətli sülhə nail olmaq üçün açardır. ABŞ Ermənistan və Azərbaycanın sülh prosesində məhsuldar iştirak etmək üçün son səylərini alqışlayır, və biz bu prosesi inkişaf etdirmək üçün onlara hər cür köməkliyi göstərməyə davam edəcəyik. Bu gün cümə axşamına qədər davam edəcək görüşlərin ilk günü olub", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ-da Aərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü bu gün başlayıb. Danışıqların 29 iyuna qədər davam edəcəyi gözlənilir.