-
- 8-12-2023, 12:48
- 318
MSK bu gün prezident seçkiləri ilə bağlı qərar qəbul edəcək
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.
News24.az-ın xəbərinə görə, MSK-nın növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar iclası saat 16:00-da keçiriləcək.
Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Məcəllədə müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.
Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.