Ərdoğandan Ermənistana çağırış:
    • 8-12-2023, 16:57
    • 243

Ərdoğandan Ermənistana çağırış: "Fransa yaxşılıq etmir, əksinə..."

“Ermənistan hakimiyyəti son hadisələrdən dərs götürərək təxribatlara əl atmamalıdır. Sülh fürsətindən yararlanmaq və onu çaşdıran ölkələrin toruna düşməmək Ermənistan üçün faydalıdır”.

News24.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Ermənistanı silahlandıranlar ən qısa zamanda onu rahat buraxacaqlar. Fransa Ermənistana zirehli transportyorlar göndərir ki, bu da birbaşa təxribatdır. Fransa bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə, ziyan vurur ”, - Ərdoğan bildirib. 

Ayşən