Dilinə yiyə dura bilməyən BÜRCLƏR – Onları tanıyaq
    • 8-12-2023, 22:13
    • 781

Dilinə yiyə dura bilməyən BÜRCLƏR – Onları tanıyaq

Astroloqlar bəzi bürclərin dedikləri sözlərlə fikir vermədiyini və bəzən düşünmədən danışa bildiyini iddia edib. 

News24.az bildiriir ki, yenisabah.az dilini nəzarətdə saxlaya bilməyən bürcləri təqdim edir:

QOÇ

Qoç sözü üzə deyəndir. Başqasına bir söz deyərkən onun nə düşünəcəyinə əhəmiyyət vermir. Qəlb qırmaq istəmir, lakin mübahisədən heç vaxt qaçmırlar. Fikirlərini səmimiyyətlə bildirir. Bəzən qarşısındakı şəxsi zarafatla sancmağı xoşlayır.

ƏKİZLƏR

Əkizlər bürcü sosiallaşmağı sevir. Bu insanlar son dərəcə ünsiyyətcil və həmişə şəndirlər. Bəzən öz fikirlərini düşünmədən söyləyə, bəzən də başqalarını incidə bilərlər.

OXATAN

Oxatanlar azad ruhlu insanlardır. Sərgüzəştləri ilə tanınırlar. Oxatanlar səhv etdiyi zaman üzr istəməkdən və ya düşünmədən bir şey söyləməkdən çəkinmirlər. Onlar bəzən təhqiredici və ya kobud danışa bilərlər.

OĞLAQ

Oğlaqlar ciddi və məsuliyyətli insanlardır. Onların üslubu bəzən digər insanlara qarşı sərt ola bilər. Sözü üzə deyən olduqları üçün başqalarını incitmək potensialına malikdirlər.