Azərbaycanda Vergi Xidmətinin keçmiş rəisi nazir əvəzi TƏYİN OLUNDU
    • 8-12-2023, 19:00
    • 588

Azərbaycanda Vergi Xidmətinin keçmiş rəisi nazir əvəzi TƏYİN OLUNDU

Abbas İsmayılov Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

News24.az "Report"a istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov müvafiq sərəncam imzalayıb.

Digər sərəncamla, A.İsmayılov Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası A.İsmayılova həvalə edilib.