Haqqında həbs qərarı çıxarılan prezidentin oğlu qaçdı
    • 9-12-2023, 09:30
    • 231

Haqqında həbs qərarı çıxarılan prezidentin oğlu qaçdı


Haqqında həbs qərarı çıxarılan Somali Prezidenti Hassan Şeyx Mohamudun oğlu Mohamed Hassan Şeyx Mohamudun dekabrın 2-də Türkiyədən xaricə qaçdığı məlum olub.

News24.az oxu.az-a istinadən xəbər verir ki, Mohamed Hassan Şeyx Mohamuda motosiklet kuryerinin öldüyü qəza ilə bağlı Türkiyədə həbs qərarı çıxarılmışdı.

Qeyd edək ki, İstanbulun Fatih rayonunda Somali prezidentinin oğlunun iştirakı ilə baş verən qəzada yaralanan motosiklet kuryeri Yunus Emre Göçer xəstəxanada dünyasını dəyişib.