İranın neftayırma zavodunda güclü yanğın baş verdi
Hadisə
İranın Xorasan vilayətində yerləşən neftayırma zavodunda yanğın baş verib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, yanacaq saxlamaq üçün ayrılmış anbarda baş verən yanğın tez bir zamanda ətrafa yayılıb. Hadisə yerinə 5 yanğınsöndürən avtomobili və xilasedicilər gəlib.
Ölən və yaralananlar barəsində hələlik məlumat yoxdur.
Xüsusi xidmət orqanları araşdırma aparmağa başlayıb.