Biləsuvarda yol qəzası oldu, ölənlər var – Yeniləndi

Biləsuvarda yol qəzası oldu, ölənlər var – Yeniləndi Hadisə

Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

News24.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, F. Rüstəmovanın idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.

Araşdırma aparılır. (APA.az)

**

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, minik avtomobili Cənubi Muğan kanalının rayondan keçən hissəsinə düşüb.

Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.//report