Təhsil tələbə kreditlərinin verilməsində YENİLİK
    • 11-12-2023, 11:50
    • 141

Təhsil tələbə kreditlərinin verilməsində YENİLİK

Təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulub.

News24.az xəbər verir ki, bu barədə təkliflər Təhsil Tələbə Kredit Fondu tərəfindən Himayəçilik Şurasına təqdim olunub.

Məlum olduğu kimi tələbə Təhsil Tələbə Kredit Fondunun standart paketindən istifadə edərkən 20% ödəniş etməli idi, bundan sonra 20% ödəniş ləğv edilə bilər.

Həmçinin startaplarda iştirak edən tələbələrin kredit borcunun bağlanması da nəzərdə tutulur.

Tələbələrin ən çox əziyyət çəkdiyi, kirayə ev tapmaq, kirayə pulunu ödəmək kimi problemin də aradan qaldırılması üçün müəyyən addımların atılacağı, tələbənin kirayə və nəqliyyat pulunun müəyyən hissəsinin ödəniləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, yeniliklərin qüvvəyə minməsi üçün Nazirlər Kabineti müvafiq qərar qəbul etməlidir.(APA)