Uşaq məktəb pilləkənlərində sürüşərək onurğasını sındırdı
    • 11-12-2023, 17:26
    • 488

Uşaq məktəb pilləkənlərində sürüşərək onurğasını sındırdı

Rusiyanın Samara ərazisində uşaq buzlu məktəb pilləkənində sürüşərək yıxılıb və onurğası sınıb. 

News24.az xəbər verir ki, bu barədə Rusiyanın region üzrə İstintaq İdarəsi məlumat verib.

İdarənin məlumatına görə, hadisə Oktyabrski rayonundakı məktəbin həyətində baş verib. Məktəbli buzlu pilləkənlərdə sürüşərək yıxılaraq onurğası zədələnib.

Həkimlər uşağa onurğa sınığı diaqnozu qoyublar və onu altı aylıq reabilitasiya gözləyir. 

Nəzrin