"Bir günlük uşağı mən necə qucağıma ala bilərəm" Hacı Nuran DANIŞDI - VİDEO
    • 8-04-2019, 20:16
    • 2 540

"Bir günlük uşağı mən necə qucağıma ala bilərəm" Hacı Nuran DANIŞDI - VİDEO

"Mən axı fotonun altında yazmamışdım ki, bu uşaq 10 milyonuncudur. Bir günlük uşağı mən necə qucağıma alıb şəkil çəkdirə bilərəm". Bu sözləri News24.az-a açıqlamasında aparıcı və xeyriyyəçi Hacı Nuran Hüseynov deyib.

O bildirib ki,  uşaqla olan fotosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hər kəs onun qucağında olan körpənin Azərbaycanın on milyonuncu sakini olduğunu yazsa da, bu xəbərin yalan olduğu üzə çıxıb: “On milyon olmağımızla bağlı xəbəri oxudum və uşaqla olan bir şəklim var idi, onu öz “İnstagram” səhifəmdə paylaşmaq qərarına gəldim. Paylaşdım və hər kəsi təbrik elədim. Səhər gördüm ki, bütün səhifələr mənim uşaqla olan şəklimi paylaşıb. Heç kəs də zəng vurub məndən “bu həmin uşaqdırmı” soruşmayıb. Doğulan on milyonuncu vətəndaş qızdır, mənim qucağımda olan uşaq isə oğlandır". 

Qeyd edək ki, Hacı Nuran Hüseynov on milyon olmağımız münasibəti ilə öz sosial şəbəkə hesabında bir uşaqla fotosunu paylaşıb. KİV onun qucağındakı uşağı Azərbaycanın on milyonuncu vətəndaşı adı ilə tirajlayıb. Daha sonra məlum olub ki, şəkildəki uşaq sözügedən uşaq deyil. Hamı Hacı Nuranı insanları aldatmaqda ittiham edib.