Maqnit qasırğası gözlənilir

Maqnit qasırğası gözlənilir Sosial

30-31 dekabrda geomaqnit qasırğası gözlənilir.

News24.az xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, rekurrent mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə 30-31 dekabrda əsasən qeyri-sabit kosmik hava şəraiti gözlənilir, aktivliyin qısa periodlarla G1-G2 səviyyəsinə yüksələcəyi istisna edilmir.