Qazaxın kəndləri belə azad edilir: Ordu qısa zamanda irəliləyib... - Kritik gəlişmə
    • 11-12-2023, 22:49
    • 339

Qazaxın kəndləri belə azad edilir: Ordu qısa zamanda irəliləyib... - Kritik gəlişmə

Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi ilə bağlı aparılan danışıqlar elə də asan getməyəcək. Çünki burada mürəkkəb nöqtələr, uzlaşdırılması çətin olan məqamlar var. Sülh müqaviləsinin imzalanmasından sonra kəndlərin azad edilməsi ilə bağlı olduqca ağır gedən bir proses yaşanacağı gözlənilir.

News24.az xəbər verir ki, bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

“Ermənistan tərəfi sərhədlərin dəqiqləşməsi məsələsinə başlamamış ölkəmizə qarşı həddən artıq yerində olmayan fikirlər səsləndirib. 31 kənd və digər absurd məsələləri gündəmə gətirən Ermənistan parlamentinin spikeri Alen Simonyanın bu yanaşma ilə əslində prosesin nə dərəcədə mürəkkəb olduğunu göstərir”, - deyə o qeyd edib.

Polkovnik hesab edir ki, məhz kontekstdə Azərbaycanın hələ də Ermənistanın nəzarətində olan kəndlərinin azad olunması ilə bağlı hərbi əməliyyatların keçirilməsi istisna edilmir:

“Ermənistan bu məsələni uzatmaqla faktiki olaraq Azərbaycanı belə bir addım atmağa sövq edir. Sözsüz ki, həmin kəndlərin azad edilməsi üçün Azərbaycan Ordusu elə də böyük güc sərf etməyəcək. Həmin istiqamətdə erməni tərəfinin mövqeləri olduqca zəifdir. Həmçinin Ermənistan da analayır ki, Azərbaycan bu kəndləri öz nəzarətinə qaytarmaq üçün çox da böyük zəhmət sərf etməyəcək. Qısa müddətdə Xüsusi Təyinatlılarımız və yaxud Komando Birləşmələrimiz həmin yerləri öz nəzarətinə almaq gücündədir”.

Üzeyir Cəfərova görə Azərbaycan Ordusu itgisiz bu əraziləri nəzarətə götürəcək:

“Erməni tərəfi müqavimət göstərsə belə bu mümkün olmayacaq. Naxçıvan istiqamətində bu ssenari işə salına bilər. Kərki kəndinin də geri qaytarılması məhz bu konteksdə həll olunacaq”.