AZAL-ın təyyarəsinin dəhşətli qəzası: Cəmi 28 nəfər sağ qalıb
    • Bu gün, 11:26
    • 1 620

AZAL-ın təyyarəsinin dəhşətli qəzası: Cəmi 28 nəfər sağ qalıb

Təyyarə qəzası baş verən yerdən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Manqistau Regional Xəstəxanasına çatdırılıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Həmçinin Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin 21 təcili yardım briqadası fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.


***

Təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər sağ qalıb.

News24.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.