Atəşkəs reşimi 26 dəfə pozulub
    • 9-04-2019, 10:00
    • 637

Atəşkəs reşimi 26 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub. Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan atəş açılıb. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Acarlı, Novruzlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.