-
- 12-12-2023, 13:04
- 349
Baş Prokurordan hərbçilərimizlə bağlı AÇIQLAMA
Azərbaycanın iki hərbçisi Ermənistan tərəfindən əsir götürülmüşdü. Onların geri qaytarılması təmin ediləcək.
News24.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Baş prokuror Azərbaycanın Qarabağ bölgəsində saxlanılan separatçılarla bağlı məsələdən də danışıb:
"Onlarla bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb. Bütün istintaq hərəkətləri həyata keçirilir. Azərbaycan xalqı bu istintaqın gedişatı ilə bağlı tam məlumatlı olacaq. Biz bunu təmin edəcəyik. Beynəlxalq konvensiyalara və Azərbaycan milli qanunvericiliyinə uyğun olaraq istintaq aparılır. İşin istintaqı başa çatandan sonra iş məhkəməyə göndəriləcək".