Orxana İlhamə Quliyevanın mirasından niyə pay verilməyib? - VİDEO
    • 12-12-2023, 22:06
    • 330

Orxana İlhamə Quliyevanın mirasından niyə pay verilməyib? - VİDEO

"İlhamə Quliyevanın ölümündən sonra bir çox insanlar niyə Orxanın varis olmadığını müzakirə etdilər. Gülbahar Quliyeva doğma bacısı olmasa da, qanunla varisidir. Dövlət tərəfindən İlhamə Quliyevaya mənzil verilmişdi. İlhamə Quliyeva oranı satmırdı ki, Tükəzban xanımın (anası Tükəzban İsmayılova - red.) muzeyi edəcəyəm. Həmin evin qiyməti yarım milyondur".

News24.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev "O üz" proqramında deyib. O, mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxana miras çatmamasından söz açıb:

"Mal bölgüsü edilən zaman bacılar yığışıb deyiblər ki, həmin ev Orxana verilsin. Amma Orxan qəbul etməyib".

İ.Quliyevanın bacısı Gülbahar Quliyeva isə Orxanın mirasdan özü imtina etdiyini açıqlayıb:

"Biz oturub dedik ki, beş bacıyıq, miras altı adam arasında bölünəcək. Orxana dedim ki, sənə ev də, maşın da verəcəyik. Dedi, yox, durdu getdi. Orxan Azərbaycanda gəzmədiyi məhkəmə qoymadı. İki ildən çox İlhamənin evində oturdu, axırda çıxmalı idi. 15 nəfər komisiya ilə gedib evi aldım.  Bütün məhkəmələri uduzdu, ondan sonra əl çəkdi. Hələ də İlhamənin bir maşını Orxandadır. Orxan bütün mirası istəyirdi, məhkəmə də onu varis kimi tanımadı. Biz Orxanla məhkəmələrə düşmədik. Orxana nə lazım idisə, hamısını alıb, lazım gəlsə, sübut edərəm".