“Mançester Yunayted” növbəti antirekorda imza atıb
    • 13-12-2023, 08:53
    • 248

“Mançester Yunayted” növbəti antirekorda imza atıb


İngiltərənin “Mançester Yunayted” klubu 2023-2024 mövsümü üzrə Çempionlar Liqasının “A” qrupunda dörd xalla sonuncu yeri tutub. Bu, klubun tarixində ən pis nəticədir.

News24.az xəbər verir ki, “qırmızı şeytanlar” Avropada yalnız “Kopenhagen”dən bir dəfə də olsa üstün ola biliblər (1:0), “Qalatasaray”la isə səfərdə 3:3 hesabı ilə heç-heçəyə razılaşıblar. Digər oyunlarda isə MY evdə hərəyə bir dəfə olmaqla “Kopenhagen” (3:4) və “Qalatasaray”a məğlub olub, “Bavariya”ya isə hər iki oyunda uduzub.

İngiltərə təmsilçisi altıncı dəfə Çempionlar Liqasının qrupundan çıxa bilməyib. Bununla belə, öncəki beş halda komanda azı altı xal toplaya bilib.

Çempionlar Liqasının son on mövsümündə “qırmızı şeytanlar” yalnız üç dəfə pley-offa vəsiqə qazana biliblər, üç dəfə qrupda qalıblar, dörd dəfə isə ümumiyyətlə iştirak etməyiblər.

Bundan başqa, “Mançester Yunayted”in qrupdakı sonuncu pilləsi İngiltərə təmsilçiləri üçün dördüncü haldır. Eyni zamanda, “qırmızı şeytanlar” İngiltərə klubları arasında indiyədək ÇL-də qapısından ən çox top buraxmış komanda olub – 15 qol.

Xatırladaq ki, daha öncə MY rekord sayda məğlubiyyət sayına görə gündəmə gəlmişdi.