![Qəzzada İsrail ordusunun polkovniki ölüb](/uploads/posts/2023-12/65798b3da02ad65798b3da02ae170246431765798b3da02ab65798b3da02ac.webp)
-
- 13-12-2023, 22:06
- 217
Qəzzada İsrail ordusunun polkovniki ölüb
İsrail ordusu Qəzza zolağında apardığı quru əməliyyatı zamanı daha 2 hərbçisini itirib.
News24.az xəbər verir ki, onlar arasında 44 yaşlı polkovnik İshaq Ben-Basat da var.
Ben-Basatın “Qolani” briqadasının baş qərargah rəisi olduğu bildirilir. Onunla yanaşı, həmin briqadanın 19 yaşlı çavuşu Oren Aloni də ölüb.
Ümumilikdə, İsrailin HAMAS-la qarşıdurması zamanı 444 İsrail hərbçisi ölüb.