-
- 13-12-2023, 18:13
- 176
Mişeldən Qarabağ açıqlaması: "danışıqlar davam edir"
“Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası çərçivəsində təmin edilməlidir”.
News24.az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel ABŞ-nin “Azadlıq” radiosunun müsahibəsi zamanı bildirib.
“Avropa Birliyi bu məsələ ilə bağlı Bakı ilə danışıqları davam etdirir.
Hesab edirik ki, etnik ermənilərin geri qayıtmaq və ya heç olmasa Azərbaycanın həmin hissəsinə səfər etmək hüququ olmalıdır və onların təhlükəsizliyi və hüquqları təmin edilməlidir. Azlıqların müdafiəsi ilə bağlı beynəlxalq standartlar var ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq onlara riayət edilməli, onların çərçivəsində azlıqların hüquqları təmin olunmalıdır”.
Avropa Şurasının rəhbəri onu da söyləyib ki, danışıqların əsasını ilk növbədə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi təşkil edir:“Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsini təşkil etmək üçün sülh müqaviləsi lazımdır. Bu sülh sazişi demarkasiya prosesinə əsaslanmalıdır, bu sülh sazişi həm də regionda kommunikasiyanı yaxşılaşdırmaq üçün bir vasitə kimi istifadə edə biləcəyimiz yaxşı bir çərçivə ola bilər ki, bu da regiondakı digər ölkələr üçün yaxşıdır, məsələn, Gürcüstanın iqtisadi inkişafı üçün”.
Ayşən