-
- 13-12-2023, 23:50
- 315
Azərbaycan və Türkiyə rəsmiləri Cenevrədə görüşdü
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə Türkiyənin xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim arasında Cenevrədə görüş keçirilib.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi paylaşım yayıb.
“Biz hər zaman qardaş Azərbaycanı dəstəkləyirik. Bölgəmizdə firavanlıq və əmin-amanlıq naminə “Bir millət, iki dövlət” şüarı altında birgə fəaliyyətimizi davam etdirəcəyik”, - paylaşımda qeyd olunub.