Vətən müharibəsi qazisi vəfat etdi - Toyu olacaqdı - FOTO
    • 14-12-2023, 14:02
    • 1 586

Vətən müharibəsi qazisi vəfat etdi - Toyu olacaqdı - FOTO

Vətən müharibəsi iştirakçısı Sənan Rəhimov vəfat edib.

News24.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, qazimiz bu gün dünyasını dəyişib.

Məlumata görə, onun bu yaxınlarda toyunun olacağı gözlənilirmiş.

Qeyd edək ki, Rəhimov Sənan İmran oğlu Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Füzulinin, Cəbrayılın, Qubadlının azad olunmasına görə medalları və "Cəsur döyüşçü" medalı ilə təltif olunub. O, döyüşlərə könüllü qatılıb.