Paşinyanın planı:
    • 14-12-2023, 14:11
    • 199

Paşinyanın planı: "müxalifət liderlərindən yaxa qurtararaq.."

“Son vaxtlar Ermənistanın siyasi kulislərində yeni tezis dolaşır ki, Nikol Paşinyan müharibədən sonra yaranmış daxili gərginliyi aradan qaldırmaq üçün yeni yol fikirləşib: növbədənkənar seçkilərə getmək. Ermənistan baş naziri bununla eyni anda bir neçə məsələni həll etmək qərarına gəlib”.

News24.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

“İlk növbədə, mövcud narazılığa baxmayaraq, bir daha öz iqtidarını legitimləşdirəcək və uzadacaq. İkincisi, hakim “Vətəndaş Müqaviləsi” Partiyasını dəstəkləyən siyasi qüvvələri parlamentə gətirəcək ki, bu da ona lazımi məqamlarda lüzumsuz əngəllər yaratmayacaq.

Nikl Paşinyanın növbədənkənar seçkilərə getmək niyyətini o da təsdiqləyir ki, son vaxtlar partiyanın idarə heyəti, eləcə də regionlarda fəaliyyət göstərən fəallarla əhval-ruhiyyəni yoxlamaq üçün tez-tez görüşür, eyni zamanda, erkən seçkilərə getmək məsələsini müzakirə edir. Üstəlik, “Vətəndaş Müqaviləsi” erkən seçkilərə getməzdən əvvəl gələcəkdə onlara əngəl ola biləcək müxalifət liderlərindən yaxa qurtararaq mövqelərini gücləndirmək qərarına gəlib”,- nəşr qeyd edib.

Ayşən