Çempionlar Liqası: Püşkatmanın səbətləri bəlli olub
    • 14-12-2023, 16:14
    • 161

Çempionlar Liqası: Püşkatmanın səbətləri bəlli olub

Çempionlar Liqasında 1/8 finalın bütün iştirakçıları və püşkatmanın səbətləri bəlli olub.

News24.az Apasport.az-a istinadla xəbər verir ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirəcək.

Dekabrın 18-də keçiriləcək püşkatmada qrup qalibləri səpələnmişlər səbətində yer alacaq. Bu komandalar 1/8 finalda ikinci yer sahibləri ilə görüşəcək. İlk oyunlar “ikincilər”in meydanında baş tutacaq.


Səpələnmişlər (qrup qalibləri)

“Arsenal”

“Atletiko”

“Barselona”

“Bavariya”

“Borussiya” D

“Mançester Siti”

“Real”

“Real Sosyedad”


Səpələnməmişlər (qrup ikinciləri)

“Kopenhagen”

“İnter”

“Latsio”

“Leypsiq”

“Napoli”

PSJ

“Porto”

PSV

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2024-cü il fevralın 13-14 və 20-21-də, cavab görüşləri martın 5-6 və 12-13-də keçiriləcək.