Gəncədə ana və azyaşlı övladı dəm qazından zəhərləndi
    • 15-12-2023, 00:00
    • 334

Gəncədə ana və azyaşlı övladı dəm qazından zəhərləndi


Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

News24.az APA-ya istinadla bildirir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun azyaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ana və övladı qonaq getdikləri evin vanna otağında dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.