İlon Maskın anası: “Bayden oğlumun dünyanı daha yaxşı yerə çevirməsinə mane olur”
    • 15-12-2023, 08:31
    • 263

İlon Maskın anası: “Bayden oğlumun dünyanı daha yaxşı yerə çevirməsinə mane olur”


“ABŞ prezidenti Cozef Bayden İlon Maskın dünyanı daha yaxşı yerə çevirməsinə mane olur”.

News24.az “Report”avistinadla xəbər verir ki, bu sözləri amerikalı milyarder, Tesla və SpaceX-in sahibi İlon Maskın anası Mey Mask ABŞ Federal Rabitə Komissiyasının üzvü Brendan Karrın Baydenin Maska nəzarət etmək üçün müxtəlif yollardan istifadə edəcəyi bəyanatına münasibət bildirərkən deyib.

“Mən İlon Maskın anasıyam. Onun məqsədi dünyanı daha yaxşı bir yerə çevirməkdir. ABŞ-ın hazırkı prezidenti onu dayandırmaq istəyir. Başqa ölkələrdə insanlar İlonla fəxr edirlər və ABŞ prezidentinin motivlərini başa düşmürlər”-deyə, o qeyd edib.

Daha əvvəl Mask 2024-cü ilin noyabrında keçiriləcək növbəti seçkidə Baydenə səs verməyəcəyini bildirmişdi.