"Vaşinqton Türkiyənin rolunu alqışlayır" - Miller
    • 15-12-2023, 11:06
    • 137

"Vaşinqton Türkiyənin rolunu alqışlayır" - Miller

"ABŞ Türkiyənin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında "effektiv rolunu" alqışlayır". 

News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

O, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycanda səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

“Vaşinqton İrəvan və Bakı arasında birbaşa sülh danışıqlarını dəstəkləyir” – deyə Miller şərh edib.

Ayşən