-
- 15-12-2023, 16:14
- 984
"Qarabağ"dan möhtəşəm NƏTİCƏ - "Qalatasaray"a çatdı
Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda ötən gün "Hekken"ə qalib gələn (2:1) "Qarabağ" UEFA reytinqdə 2 pillə irəliləyib.
News24.az publika.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi 61-ci yerdən 59-cu pilləyə yüksəlib. Ağdam klubu "Fiorentina" ilə birlikdə bu yeri bölüşür.
"Qarabağ"ın hazırda 31.000 xal var ki, bunun da 9.000-ni bu mövsüm əldə edilib. "Qalatasaray"dan 1 pillə geridə olan Azərbaycan təmsilçisi "Lester", "Monako" "Aston Villa", "Nyukasl", "Volfsburq", "Borussiya" (Münhenqladbax), "Valensiya" kimi klubları qabaqlayır.
Qeyd edək ki, UEFA reytinqinə 141 000 xalla "Mançester Siti" başçılıq edir.