Ebru Gündeşi görənlər tanımadı - FOTO
    • 15-12-2023, 20:10
    • 301

Ebru Gündeşi görənlər tanımadı - FOTO

Azərbaycanlı ifaçı Günel Zeynalova ilə eyni toyda çıxış etməkdən imtina edən müğənni Ebru Gündeş tanınmaz hala düşüb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu yaxınlarda "Vaxtsız gəldin" adlı klipini tamaşaçılara təqdim edən sənətçini izləyicilər tanımaqda çətinlik çəkib.

7,9 milyon izləyicisi olan İnstaqram hesabında yeni fotolarını paylaşan Ebru Gündeşin üzündəki dəyişiklik nəzərdən qaçmayıb. Müğənninin çənəsini, burun və almacıq sümüklərini dolğu etdirdiyi iddia olunub.