Sahibkarların DİQQƏTİNƏ! Mobil tətbiq vasitəsilə...
    • 15-12-2023, 23:13
    • 458

Sahibkarların DİQQƏTİNƏ! Mobil tətbiq vasitəsilə...

"Yeni proqram təminatına əsasən, hazırda müxtəlif sahibkarlara məxsus yüklərin rəsmiləşmə prosesi eyni anda tamamlanır və həmin nəqliyyat vasitəsi üçün sistem tərəfindən elektron növbəlilik prinsipi əsasında gömrük anbarı təyin olunur".

News24.az musavat.com-a istinadən bildirir ki, bu barədə bu gün Bakı Baş Gömrük İdarəsinə təşkil olunan media-tur zamanı məlumat verilib.

Bildirilib ki, bundan sonra nəqliyyat vasitəsinin anbara hansı zaman aralığında daxil olacağı barədə məlumatlar sahibkarlara öncədən mobil tətbiq vasitəsilə bildirilir. Qeyd edilən vaxtda gömrük anbarına yaxınlaşan vətəndaşlar onlara ayrılmış 2 saat müddətində yüklərini təhvil alır və nəqliyyat vasitəsi həmin gün gömrük nəzarət zonasını tərk edir.

Media-tur zamanı eyni zamanda məlumat verilib ki, Bakı Baş Gömrük İdarəsində artıq bəyənnamələrin rəsmiləşdirilməsi sürətli şəkildə həyata keçirilir. Belə ki, Baş İdarə tərəfindən mütəmadi aparılan risk təhlilləri nəticəsində xarici ticarət iştirakçıları könüllü əməletmə prinsipləri əsasında təsnifləşdirilir. Bununla da könüllü əməletməyə riayət edən sahibkarların bəyannamələrinin sürətli rəsmiləşdirilməsi həyata keçirilir. Məhz bu cür əməliyyatlar sistem tərəfindən seçilmiş gömrük orqanı əməkdaşına yönləndirilir və əməkdaş tərəfindən bəyannaməyə baxıldıqdan sonra risksiz olan əməliyyatlar çox çevik və sürətli formada rəsmiləşdirilir. Bununla da əlavə vaxt itkisinin və xərclərin qarşısını alınır, sahibkar məmnunluğu təmin edilir.