Bakıda taksi sürücülərinin bəlasına çevrilən sərnişin TUTULDU
    • 15-12-2023, 23:20
    • 268

Bakıda taksi sürücülərinin bəlasına çevrilən sərnişin TUTULDU

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edilib.

News24.az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan 5 nəfər dələduzluğa məruz qalmaları ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət ediblər. Onların sözlərinə görə, avtomobillərinə əyləşən müştəri üzərində “etibarsız” yazılan 50 və 100 manatlıq əskinaslar verərək pulun qalığını alıb.

Keçirilən əməliyyatlar nəticəsində sürücülərə qarşı dələduzluq edən keçmiş məhkum Hafiz Mahmudov saxlanılıb./lent.az