Sabirabdda 54 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
    • 16-12-2023, 08:31
    • 186

Sabirabdda 54 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb



Sabirabdda 54 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ulacalı kəndində baş verib.

Evdə tək yaşayan Ulacalı kənd sakini, 1969-cu il təvəllüdlü Mirzəyev Vadər Mahmud oğlu ehtiyyatsızlıqdan yıxılıb və başı betona dəyib. Aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad prokuroluğunda araşdırma aparılır.