-
- 18-12-2023, 10:20
- 494
Reanimasiyaya yerləşdirilən blogerin vəziyyəti ağırlaşdı - FOTO
İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın (AsyaFuad) son vəziyyəti açıqlanıb.
News24.az metbuat.az-a istinadla xəbər verir ki, blogerin vəziyyətinin pisləşib və o süni-tənəffüs aparatına qoşulub.
Bu barədə bloger Ramal İsayev məlumat verib:
"Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar".
Xatırladaq ki, dekabrın 16-da Bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Blogerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeskiya keçib.(metbuat.az)